Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib 

14:25 18.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Hafta.az xəbər verir ki, nazirliyin sosial şəbəkələrdəki paylaşımında “Bir millət, iki dövlət” kəlamı işığında Türkiyə və Azərbaycanın birliyinin sarsılmaz olduğu vurğulanır.

Paylaşımın sonunda “Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!” sözləri və iki qardaş ölkənin Dövlət bayraqlarının təsviri yer alıb.